Ukrayna uğrunda döyüşən Texaslı qızın dedikləri...

"Bu müharibəni unutma...”

...Xarici könüllülərin Avropadakı müharibədə belə kütləvi iştirakı sonuncu dəfə 1936-1939-cu illərdə İspaniyasında baş verib. Bir sıra səbəblərə görə rəqəmləri müqayisə etmək mümkün deyil, lakin coğrafiyası təsir edicidir.

Bu gün Ukraynada cəbhə xəttində həm Yeni Zelandiyadan olan Maori xalqının nümayəndəsi, həm də Farer adalarından olan vikinqlərin nəsli ilə rastlaşmaq olar.

Burada “müharibə itləri” deyilən muzdlular yoxdur, buna ehtiyac yoxdur. Yalnız könüllülər. Onlar müxtəlif tabeliyində olan iki Beynəlxalq Legionda, əsasən cəbhə xəttində xidmət edirlər. Ona görə də bu insanlarla cəbhədə nə etdikləri barədə ətraflı danışmaq, motivasiyasının nədən ibarət olduğunu, niyə Ukraynanın tərəfində vuruşduqlarını, bu müharibə haqqında nə düşündüklərini öyrənmək çox vaxt mümkün olmur.

Aleksis Anttila əslən Texasdan olan amerikalıdır, hazırda xüsusi təyinatlılarda və ümumiyyətlə, Ukraynada demək olar ki, genişmiqyaslı müharibənin başlanğıcından cəbhədə döyüşür. O, bu yaxınlarda ağır yaralanmışdı.

SİA-nın əldə etdiyi məlumata görə, yerli müxbirlə görüşən texaslı qız, hələ müharibənin əvvəlində könüllü olaraq Ukraynada döyüşməyə gələrkən, heç kim belə bir müharibənin olacağını gözləmədiyini bildirib.

...Düşünürəm ki, bəzi könüllülər İraqdakı kimi, Əfqanıstandakı kimi və ya Suriyadakı kimi olacağını düşünüblər. Amma bu bel deyil.

Aleksisin dediyinə görə, bugünkü bu müharibə altı ay əvvəl və hətta üç ay əvvəlkindən fərqlidir. Və bu, 2022-ci ilin martında olduğu ilə sadəcə müqayisə olunmazdır.

Bu müharibə hər zaman dəyişir. Bu gün iki il əvvəl etdiyimdən tamamilə fərqli mübarizə aparıram. Kiyev uğrunda döyüşü indi Donbasda baş verənlərlə müqayisə etsəniz, bu, başqa müharibədir.

...Yerli müxbirin ondan Ukraynada nə vaxta qədər qalmaq niyyətində olduğunu soruşarkən, o, “...Rusiya Ukraynanı tamamilə tərk edənə qədər qalacağam”-deyib.

...Sabah nə olacağını heç kim bilmir. Mən fiziki və əqli cəhətdən bacardığım qədər döyüşmək, yaxşı bir əsgər və ümumi müharibə səylərinin məhsuldar və faydalı hissəsi olaraq qalmaq istəyirəm. Artıq bunu edə bilməyəcəyimi başa düşdükdə, dayanacağam və bəlkə də təlimatçı olacam. ...Amma indi mübarizə aparıram və bu işi davam etdirəcəyəm.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə