Naməlum şəxs Vladimir vilayətinin hökumət binasına hücum etməyə cəhd edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həmən şəxsin binaya “Molotov kokteyli” atdığı, sonra isə qaçdığı videolar əldə edilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, o, artıq saxlanılıb.
Qeyd edilir ki, həmən şəxs binaya “Molotov kokteyli” atmağa çalışdığını etiraf edib. Hazırda o saxlanılıb. Heç kim xəsarət almayıb.
Bunu regional hökumət “VKontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini müəyyən etmək üçün yerində işləyirlər.
Bölgənin İstintaq Komitəsi prosessual yoxlama təşkil edib. Binanın yaxınlığında avtomobilin alışdığı da bildirilib.
Amma gələn yanğınsöndürənlər tərəfindən tez bir zamanda söndürülüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB