Moskva vilayətində Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə su nəqliyyatı polis idarəsinin rəis müavini vəzifəsini icra edən Vyaçeslav Bulavin saxlanılıb. 5-tv.ru-nun öyrəndiyi kimi, o, xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Bulavin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin su nəqliyyatı üzrə xətti idarəsinin şəxsləri ilə cinayət əlaqəsinə girib və yerli iş adamından üç milyon rubl tələb edib.
Bunun müqabilində şübhəli şəxs, müstəntiqlərin fikrincə, biznesini pozuntulara görə yoxlamamağa razılaşıb, həmçinin onun fəaliyyətinin himayədarlığını öz üzərinə götürəcəyini vəd edib.
Bulavin barəsində cinayət işi başlanıb. Cinayətin bütün halları və əli olan şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB