Cənubi Koreyadan Tayvana 500 min dollarlıq yardım

Cənubi Koreyadan Tayvana 500 min dollarlıq yardım

Cənubi Koreya Tayvanda 7,4 bal gücündə zəlzələnin vurduğu ziyandan sonra ölkənin yenidən qurulması üçün 500 min dollar yardım göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aprelin 3-də Tayvanın şərq sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, nəticədə 9 nəfər ölüb, 800-dən çox insan yaralanıb. "
Zəlzələ nəticəsində Tayvanın şərq sahillərində, xüsusən də sahil yollarında tunellər dağılıb, dağlıq ərazilərdə torpaq sürüşmələri baş verib, yollar bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə