Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış vətəndaşların xilas edilməsi əməliyyatı davam etdirilir. SİA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.
Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici də cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB