Qazaxıstanda təxliyə edilənlərin sayı 100 minə çatır

Qazaxıstanda əriyən qarın yaratdığı sel və daşqınlar səbəbindən təxliyə edilənlərin sayı 99 min 920 nəfərə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, daşqından zərər çəkmiş ərazilərdən təxliyə edilənlərin 36 min 593-ü uşaqdır.

98 min 106 baş təsərrüfat heyvanı da daşqın ərazilərindən təhlükəsiz bölgələrə aparılıb.

Daşqının nəticələrinin aradan qaldırılması və təxliyyə işləri 34 min 272 nəfər, 3 min 790 texnika və 17 helikopter tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə