Ukraynada “Kazan” hücum pilotsuz uçan aparatı yaradılıb

...Ukraynalı tərtibatçılar “Kazan” hücum pilotsuz təyyarəsini yaradıblar. O, hədəflərə dəfələrlə sursat və ya mina ata bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalı məlumat yayıb. Departamentin bildirdiyinə görə, “Kazan” E620 bombardmançı sinifli hücum pilotsuz təyyarəsidir.

O, hekzakopter hesab olunur, yəni altı pervaneli dron...

"Kazan" hədəflərə dəfələrlə döyüş sursatı və ya mina ata bilər və 1000 metr yüksəklikdə saatda 72 kilometrə qədər sürətlə və 12 kilometrə qədər məsafədə müxtəlif sursat daşıya bilir.

...Hərbçilərin fikrincə, “Kazan”ı idarə etmək elə də çətinliuk yaratmır.

Ukrayna ordusu artıq yerli istehsal olan onlarla pilotsuz təyyarə ilə silahlanıb.

Söhbət təkcə pilotsuz uçuş aparatlarından deyil, həm də yerüstü dronlardan gedir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə