Bayden İrana xəbərdarlıq etdi...

...ABŞ prezidenti Cozef Bayden İranı İsrailə qarşı cavab tədbirləri görməməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb.

...”Bunu etməyin” deyən Ağ Ev rəhbəri İranın İsrailə yaxınlaşan zərbəsi qorxusu fonunda Tehrana mesajı ilə bağlı sualı cavablandırarkən jurnalistlərə bildirib.

Eyni zamanda Amerika lideri Birləşmiş Ştatların yəhudi dövlətini qorumağa sadiq olduğunu da təsdiqləyib.

...Biz İsraili dəstəkləyəcəyik və onun özünü müdafiə etməsinə kömək edəcəyik.

Bunu bayden ərz edib.

Maraqlıdır ki, o, baş verə biləcək bu savaşda İranın uğur qazanmayacağı fikrini də dilə gətirib.

...Qeyd edəkl ki, aprelin 12-də ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun ABŞ-ın İran və İsrail arasında müharibədən qaçmağa çalışdıqlarını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə