Amerikanın təyyarədaşıyan gəmisi İsrailə köməyə gəlir..?

Son günlər Livandan İsrailə 40-a yaxın raket atılıb..?

Amerikanın “Duayt Eyzenhauer” təyyarədaşıyan gəmisi İranın yaxın gələcəkdə İsrail ərazisinə hücumu təhlükəsi fonunda İsrail sahillərinə doğru hərəkət edib.

Təyyarədaşıyan gəmi Qırmızı dənizi keçərək şimala, İsrailə doğru hərəkət edir.

...İsrailin “The Times of Israel” qəzeti yazdığına görə, təyyarədaşıyan İran tərəfindən buraxılan raketləri və pilotsuz təyyarələri ələ keçirə biləcək.

... SİA ABŞ ordusunun sözçüsü CNN-ə bildirdiyinə istinadən, Pentaqonun Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə başladığını bildirir.

Bu addım, guya “regional çəkindirmə səylərini gücləndirmək və müdafiəni gücləndirmək” məqsədi daşıyır.

İsrail Müdafiə Qüvvələri Livandan ölkəyə 40-a yaxın raket atıldığını bildirib.

...İsrailin şimalında bu yaxınlarda sirenlər səsləndikdən sonra Livan ərazisindən 40-a yaxın raket buraxılışı aşkar edilib, onların bəzilərinin qarşısı alınıb. Qalanları açıq ərazilərə düşüb.

İsrail tərəfi bildirib bunu.

Təbii ki, atılan raketlərdən İsraildə heç kim xəsarət almayıb. Öz növbəsində İsrail ordusu təhlükəni aradan qaldırmaq üçün Livanın cənubuna zərbələr endirib.

...Məlumatlı mənbənin daha əvvəl “The Wall Street Journal”-a verdiyi məlumata görə, İsrail hakimiyyəti yaxın saatlarda İrandan hücuma hazırlaşır.

Onun sözlərinə görə, Təl-Əviv hücumun ölkənin cənubuna və ya şimalına dəyəcəyini gözləyir. Öz növbəsində, İran rəhbərliyi tərəfindən birbaşa məlumatlandırılan nəşrin adı açıqlanmayan həmsöhbəti hücum planlarının müzakirə edildiyini, lakin yekun qərarın hələ verilmədiyini açıqlayıb. O, mümkün hücumun gözlənilən vaxtını da göstərməyib.

Bundan əvvəl “Bloomberg” mənbələri ABŞ-ın İran və onun müvəkkil qüvvələrindən İsrailə raket zərbələri və ya pilotsuz təyyarələrlə hücumlar gözlədiyini bildirmişdi. Onların fikrincə, zərbələrin hədəfi çox güman ki, mülki deyil, İsraildəki hərbi və hökumət obyektləri olacaq.

Qeyd edək ki, CNN mənbələri də yaxın gələcəkdə İranın İsrailə mümkün hücumu barədə məlumat verib. Onların məlumatlarına görə, Tehran bunun üçün öz vəkil qüvvələrindən istifadə edəcək.

İranın İsrailə potensial hücumunun səbəbi aprelin 1-də Dəməşqə endirilən zərbələr ola bilər. Tehran bundan İsraildən şübhələnir, lakin Təl-Əviv baş verənlərə görə məsuliyyəti öz üzərinə götürmür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə