“Burda mənəm, Bağdadda kor xəlifə”..?

Moskvada polis qırğız diplomatının mənzilinə soxulub

...Moskvada polis Qırğızıstan səfirliyinin müşaviri Manas Yoldoşbekovun mənzilinə soxulub. Diplomatın həmkarlarının bildirdiyinə görə, polis əməkdaşları özlərini aqressiv aparıblar.

"VChK-OGPU" teleqram kanalı polisin qapını sındırdığını bildirib.

Onlar hwcumlarının məqsədini sənədləri yoxlamaq adlandırıb və diplomatik pasportlar göstərildikdən sonra da miqrasiya qeydiyyatı haqqında arayışların təqdim edilməsini tələb ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, məlumatı Qırğızıstan parlamentinin üzvü Dastan Bekeşev də təsdiqləyib.

...Əgər bunu səfirlik işçilərinə etsələr, toxunulmazlığı olmayan vətəndaşlara nə etdiklərini təsəvvür belə edə bilmirəm.

Bekeşev deyib bunu.

Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətinə rəsmi nota təqdim edib.

Aprelin 12-də Respublika Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində Rusiya səfirliyinin konsulu müşaviri Andrey Buryev ilə görüş keçirilib.

Görüş zamanı Qırğızıstan tərəfi Rusiya Federasiyasının daxili işlər orqanlarının əməkdaşlarının Qırğızıstan Respublikasının Moskvadakı səfirliyinin müşavirinin ailə üzvlərinə qarşı Vyananın müddəalarını kobud şəkildə pozan hərəkətlərindən narahatlığını bildirib.

Rus Buryev Rusiya rəsmilərinin hadisəni araşdıracağna söz verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə