Fransanın səfiri Pyer Levi Rusiya XİN-ə çağırılıb

Fransanın Moskvadakı səfiri Pyer Levi bu ölkənin xarici işlər naziri Stefan Sejurnenin Rusiya ilə bağlı açıqlamalarına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA xəbər verir ki, bu barədə Rusiya diplomatik qurumunun məlumatında deyilir.

Bildirilib ki, Fransanın Avropa və xarici işlər naziri S.Sejurnenin Fransa tərəfinin Rusiya rəsmiləri ilə danışıqlara maraq göstərməməsi ilə bağlı son açıqlamaları, eləcə də Rusiya tərəfinin bəyanatlarında yalan məlumatlar olduğuna dair iddialarına görə Fransa səfirinə reallıqla heç bir əlaqəsi olmayan bu cür bəyanatları qəbuledilməzdir:

"Biz Fransa XİN başçısının bu bəyanatlarını iki ölkə arasında hər hansı dialoqun mümkünlüyünü pozmağa yönəlmiş Fransa tərəfinin şüurlu və düşünülmüş hərəkəti kimi qiymətləndiririk".

Qeyd edək ki, daha əvvəl “France 24” telekanalında çıxış edən S.Sejurne Fransanın indi Rusiya nümayəndələri ilə danışıqlar aparmasının məqsədəuyğun olmadığını söyləyib, o iddia edir ki, Rusiya tərəfinin nəticələrə əsasən yaydığı kommünikelərdə etibarsız məlumatlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə