Antalyada vətəndaşlar bayramın 3-cü gününü çimərlikdə keçiriblər - FOTOLAR

Antalyanın məşhur turizm bölgələrindən biri olan Alanyada Ramazan bayramının 3-cü gününü vətəndaşlar çimərlikdə çimərkən, bəziləri isə dəniz kənarında keçiriblər.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin əhəmiyyətli turizm bölgələrindən biri olan Antalyanın Alanya rayonunda Ramazan bayramının 3-cü günündə yerli və xaricilər Damlataş çimərliyinə axın ediblər.

Havanın temperaturu 23 dərəcə, dəniz suyunun temperaturu isə 18,6 dərəcə olan rayonda havanın dəyişkən buludlu olmasına baxmayaraq vətəndaşlar çimərlikdə çimməyi və günəş vannası qəbul etməyi unutmayıblar.

Alanyada dəniz keyfi davam edir

Bəzi vətəndaşlar çimərlikdə gəzməyi seçərkən, uşaqların qumda müxtəlif oyunlar oynadığı görülüb.

Tur gəmilərinin açıq dənizdə turlar etdiyi diqqətə çatdırılıb.

“Sıxlıq normaldır, keçən il daha sıx idi”

Dənizdə çimmək üçün çimərliyə gəldiyini bildirən Bülent Uluocak Alanyada sıxlığın normal olduğunu bildirib. Uluocak, “Alanyanın cənnətindəyik. Bütün xalqımızı Alanyadan salamlayırıq. Bayram çox yaxşı keçdi, heç bir qəza və problem olmadan. Allah millətimizə, dövlətimizə ziyan vurmasın. Sıxlıq normaldır, keçən il daha sıx idi. Ümid edirəm ki, bütün ölkəmizdə və sahilyanı rayonlarda sıxlıq davam edəcək. Allaha şükür ki, Ramazanı da keçdik. Oruc tutduq. Zəkatımızı verdik. Qəbirləri ziyarət etdik. Ramazan bayramımız ölkəyə, millətə xeyirli olsun” - dedi.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə