Moskvada terror aktının qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) verdiyi açıqlamada paytaxt Moskvada sinaqoqda həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısının alındığı açıqlanıb.

SİA xəbər verir ki, FTX Moskvada sinaqoqda vətəndaşlar toplaşarkən terror aktı törətməyi planlaşdıran 2002-ci il təvəllüdlü Mərkəzi Asiya ölkəsi vətəndaşının cinayət əməlinin qarşısını alıb. Həmin şəxs Moskvada olarkən terror aktı törətmək üçün hazırlıq görüb. O, Moskva sinaqoqlarından birinin ətrafındakı ərazidə kəşfiyyat aparıb, həmçinin əldəqayırma partlayıcıların istehsalı üçün materiallar alıb. Terrorçu aprelin 10-da saxlanılarkən təhlükəsizlik qüvvələrinə atəş açıb və zərərsizləşdirilib.

Hücum edən şəxsin yaşadığı evdə aparılan axtarış zamanı əldəqayırma partlayıcı maddələrin də tapıldığı bildirilib və hadisə ilə bağlı istintaqın davam etdiyi açıqlanıb.

Digər tərəfdən, terror təşkilatı DEAŞ-ın martın 22-də axşam saatlarında Rusiyanın Moskva vilayətində Crocus City Hall konsert salonunda həyata keçirdiyi hücumda 144 nəfər həyatını itirmiş, 150-dən çox insan isə yaralanmışdı.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə