"Hörümçək adam" geyimində məscidə daxil olub

Hatayın İskəndərun şəhərində bayram namazı qılmaq üçün "Hörümçək adam" geyimində daxil olan və polis tərəfindən məsciddən çıxarılan Ayaz Koç başına gələnləri danışıb.

SİA xəbər verir ki, uşaqları sevindirmək üçün "Hörümçək adam" kostyumu ilə 81 əyaləti gəzdiyini ifadə edən Koç: "Məni yerə yıxdılar, əllərimi qandalladılar. Ayağımı ayaqladılar, indi yeriyə bilmirəm. Məqsədim insanlara mənəviyyat bəxş etmək və onları xoşbəxt etməkdir”.

Polisin sərt reaksiyasını tənqid edən Koç "Arzularımdan əl çəkməyəcəyəm" deyib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə