2 yaşlı oğlunun kədərli xəbərini aldı: Erkən doğum etdi

Bursada ailəsi ilə gəzintidə olarkən yoxa çıxan və 7 saat sonra cansız cəsədi tapılan suriyalı Məhəmməd Hamduninin (2) 8,5 aylıq hamilə anası Abir Arokom (30) həmin gecə oğlan uşağı dünyaya gətirib.

SİA xəbər verir ki, hadisə aprelin 10-da saat 14:00 radələrində Kozluca rayonunda baş verib. Suriya əsilli Ahmet Arokom və 8,5 aylıq hamilə həyat yoldaşı Abir Arakom yeganə uşaqları Muhammed Hamduni ilə birlikdə çay kənarına gəzintiyə çıxıblar.

İddiaya görə, valideynləri nahar hazırlayarkən Məhəmməd ailəsindən uzaqlaşıb və gözdən itib. 4 saat övladını axtaran cütlük Məhəmmədə çata bilməyincə təhlükəsizlik bölmələri ilə əlaqə saxlayıblar.

CANSIZ BƏDƏNİ TAPILDI

Uşağın itməsindən təxminən 7 saat sonra cansız cəsədi polis dalğıc qrupları tərəfindən gəzinti sahəsinə təxminən 500 metr uzaqlıqdakı dərə yatağında tapılıb.

Dərəyə düşərək boğulan, cəsədinin sürükləndiyi düşünülən Məhəmmədin cənazəsi yarılma üçün Bursa Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb.

Məhəmmədin öldüyünü və doğum sancıları keçirdiyini öyrənən ana Abir Arokom aparıldığı İnegöl Dövlət Xəstəxanasında keysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Onun anası və körpəsinə xəstəxanada tibbi yardım göstərilib. Övladını itirən ailə yeni körpəsinə Məhəmmədin adını qoyub.

Digər tərəfdən yarılması aparılan Məhəmməd dünən günorta saatlarında atası Ahmet Arokomun qucağında Hürriyyət məscidinə gətirilib. Ahmet Arokom tabutu qucaqlayaraq ağlayarkən görüntülənib. Məhəmməd cənazə namazından sonra Mahmudiyyə qəbiristanlığında dəfn edilib. Hadisə ilə bağlı istintaq davam edir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə