İstanbulda yarışdıqları iddia edilən 3 sürücü əvvəlcə bir-birinə, sonra isə qarşılarında hərəkət edən digər avtomobilə çırpılıb. SİA xəbər verir ki, qəzada 1-i ağır olmaqla 5 nəfər yaralanıb.
Yarış sevgisi fəlakət gətirdi.
Qəza Türkiyə saatı ilə 03:30 radələrində Kartal Sahilyolu üzərində meydana gəlib.
İddialara görə, bir-biri ilə yarışan 3 sürücü avtomobilləri ilə sürətlə hərəkət edərkən sükan idarəetməsini itirib. Bunun üzərinə avtomobillər idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Qəzanın gücü ilə atılan avtomobillərdən biri digər avtomobil qarşısındakı elektrik dirəyinə dəyərkən, üçüncü avtomobil səkiyə çırpılaraq aşıb. Meydana gələn zəncirvari qəzada 5 nəfər yaralanıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra 5 nəfər avtomobillərdən çıxarılaraq təcili yardımla xəstəxanaya aparılarkən, onlardan birinin ağır yaralandığı öyrənilib.
Qəzaya qarışan avtomobillər evakuatorlarla hadisə yerindən uzaqlaşdırılarkən, polisin qəza ilə bağlı araşdırmaları davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB