Pakistanda ƏMƏLİYYAT: 88 terrorçu məhv edildi

Pakistanın təhlükəsizlik qüvvələri yanvar ayından bəri ölkənin şimal-qərbindəki Xeybə-Paxtunxva əyalətində azı 88 terrorçunu məhv edib. SİA xəbər verir ki, bu barədə polisin regional baş direktoru Axtar Hayat Xan məlumat verib.

Birinci rübdə keçirilən antiterror əməliyyatları zamanı hüquq-mühafizə orqanlarının dörd əməkdaşı öldürülüb.

Xanın sözlərinə görə, Xeybər-Paxtunxvada əcnəbi vətəndaşlar üçün təhlükəsizlik tədbirləri Çin texniki işçilərinə intihar hücumundan sonra əhəmiyyətli dərəcədə gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə