ABŞ Ukraynaya 140 milyon dollar ayıracaq...

Hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi üçün...

...ABŞ Ukraynada hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsinə təxminən 140 milyon dollar ayıracaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Bridcet Brinkin Twitter-ə (X) istinadən xəbər verir.

...Bu gün biz Ukraynaya mühüm hava hücumundan müdafiə sistemini modernləşdirmək üçün 138 milyon dollar ayırmaq barədə saziş imzaladıq.

Səfir bildirib.

Onun sözlərinə görə, maliyyə Rusiyanın enerji şəbəkəsinə və Ukrayna xalqına qarşı davam edən hücumları zamanı Ukraynanın hava hücumundan müdafiə sistemlərini işlək vəziyyətdə saxlamağa kömək edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə