Deyim ki, İranın hədələri “xox”dan o yana keçmir..?

...BMT Təhlükəsizlik Şurası İsrail Müdafiə Qüvvələrinin hərəkətlərini pisləsə, İran İsrailə qarşı cavab tədbiri görməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mesaj İran nümayəndə heyətinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yer alıb.

...Xatırlamış olarsınız, Bloomberg daha əvvəl İranın yaxın günlərdə İsrailə qarşı mümkün təcavüzü barədə məlumat vermişdi.

O da yadınınızda olar ki, İsrail ordusunun Suriyadakı konsulluğa son hücumundan sonra Tehran İsrail ərazisini vurmaqla hədələyib “xox” da gəlmişdi.

Daha sonra İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livan qüvvələrinin komandiri Məhəmməd Rza Zahidini aradan götürdü.

Və gözlənilən hücumla bağlı məlumat dərc edildikdən sonra ABŞ Mərkəzi Komandanlığının komandanı Erik Kurillanın İsrailə işgüzar səfəri məlum olub.

Hərbi lider İsrailin müdafiə naziri Yoav Gallant ilə görüşəcək.

İsrail Hərbi Hava Qüvvələrinin Suriyadakı konsulluğa son hücumundan sonra İran İsrail ərazisini vurmaqla hədələyib. Daha sonra İsrail müdafiə ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livan qüvvələrinin komandiri Məhəmməd Rza Zahedini məhv edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə