NATO “şərqə daha bir keçid” elan edib..?

...Yaxın illərdə Şərqi Avropada yerləşdirilən ABŞ və NATO hərbçilərinin sayı arta bilər, lakin ABŞ ordusu hələ ki, yeni bazalar tikməyə can atmır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Defence News” məlumat yayıb.

Ehtimallara görə, bu gün təxminən 100 min ABŞ əsgəri bütün Avropada, o cümlədən təxminən 20 mini Polşa və Rumıniyada yerləşdirilib.

…Və Şərqi Avropalı müttəfiqləri dəstəkləmək üçün bölgədə daha 40 min əsgər yerləşdirilib.

ABŞ-ın Avropa Komandanlığının rəhbəri general Kristofer Kavoli bildirib ki, yerləşdirmə NATO alyansındakı “müəyyən şərqə doğru dəyişmənin” bir hissəsidir. Onun sözlərinə görə, artıq infrastruktur yaradılıb. Bununla belə, o, regionda yeni daimi hərbi bazaların tikilib-düşməyəcəyi sualına cavab verməkdən yayınıb.

Kavoli deyib ki, rəsmilər yaxın gələcəkdə ABŞ bölmələrinin Polşaya və digər Şərqi Avropa qurğularına rotasiyasını davam etdirməyi planlaşdırırlar.

Qeyd edək ki, ABŞ-ın Avropadakı hərbi mövcudluğu Pentaqon liderləri ilə orada yerləşdirilən qoşunların sayının kəskin şəkildə azaldılmasını tələb edən keçmiş prezident Donald Tramp arasında əsas mübahisə nöqtəsidir.

Qəzet xatırladır ki, prezident Cozef Bayden avropalı müttəfiqlərə dəstəyin azaldılmasını deyil, artırılmasını elan etdi və Ukraynadakı münaqişədən bu ehtiyacı vurğulamaq üçün istifadə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə