Daşqın səbəbindən 14 nəfər xəstəxanaya yerləşdirilib

Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov cümə axşamı bildirib ki, Orenburq vilayətində 14 nəfər, o cümlədən dörd uşaq daşqının nəticələrinə görə xəstəxanalardadır.

Kuznetsovun sözlərinə görə, daşqın səbəbindən bölgədə ümumilikdə 259 nəfər həkimə müraciət edib və onların əksəriyyəti ambulator şəraitdə yardım alıb.

Qeyd edildiyi kimi, rayona hepatit və digər infeksiyaların profilaktikası üçün əlavə dərman preparatları tədarük edilib, səyyar briqadalar və stasionar peyvənd məntəqələri fəaliyyətini davam etdirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda daşqın zonasında 19 tibb müəssisəsi fəaliyyət göstərir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə