Braziliyada turist avtobusu aşıb, 9 nəfər ölüb

Braziliyanın şərqindəki Baiya ştatının Teyşeyra-de-Freytas şəhəri yaxınlığında turist avtobusunun aşması nəticəsində azı 9 nəfər həlak olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Qeyd olunub ki, qəzada daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıblar. Hazırda polis hadisənin səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə