Paşinyanınn dediyinə görə, KTMT-yə üzv olduğu üçün Ermənistana silah satmırlar..?
Pulun var... sizün..?

Bir çox ölkələr Ermənistan KTMT-yə üzv olduğuna görə ona silah satmaqdan imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

...Dünyada çoxları dedi ki, biz sizə silah satmayacağıq, çünki siz KTMT-nin üzvüsünüz.

Qeyd etdiyimiz kimi, Paşinyan bildirir bunu.

Eyni zamanda o, yenidən Rusiya Federasiyasına, o cümlədən Moskva ilə Bakı arasında müdafiə sahəsində əməkdaşlıq məsələsinə dair ittihamlar səsləndirib və Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminin işindən yenidən narazılığını bildirib.
Qeyd edək ki, son vaxtlar Ermənistan hakimiyyəti Rusiya ilə bağlı dəfələrlə tənqidi bəyanatlar verib, İrəvan bəzi inteqrasiya formatlarında görüşləri buraxıb. O cümlədən, ölkənin baş naziri Nikol Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib

...Və həmçinin respublikanın bu təşkilatda iştirakını dayandırdığını bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə