Avropa Parlamenti cümə axşamı Avropa İttifaqı ölkələrinin Ukraynanı əlavə “Patriot” sistemləri ilə təmin edə bilməməsi səbəbindən Avropa İttifaqı Şurasının maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etməkdən imtina edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “European Pravda” iclasda iştirak edən deputatlara istinadən yazır.
Qeyd edək ki, bu mesajı Litvanın Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbəri Andrius Kubilius da sosial şəbəkədə verib.
... Avropa Parlamenti Ukraynaya “Patriot” sistemlərinin verilməsinin mümkünsüzlüyünə görə Avropa İttifaqı Şurasının maliyyələşdirilməsi qərarını dayandırıb.
Kubilius yazıb.
Qeyd edək ki, qərar Avropa Parlamentinin deputatı, Belçikanın keçmiş baş naziri Qay Verxovstadtın təşəbbüsü ilə qəbul edilib.
Verxovştadt çıxışında qeyd edib ki, Avropa ölkələrində 100-ə yaxın “Patriot” sistemi var və Ukrayna öz şəhərlərini qorumaq üçün ona cəmi 7-nin verilməsini istəyir.
Siyasətçinin çıxışı alqışlarla qarşılanıb. Nəticədə, Avropa Şurasının büdcəsinin təsdiqindən imtina qərarı Avropa Parlamentinin 515 üzvü tərəfindən dəstəklənib.
62 deputat isə bunun əleyhinə səs verib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski aprelin 11-nə keçən gecə Rusiyanın kütləvi hava hücumundan sonra tərəfdaş ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün tədbirlərin görülməsini sürətləndirməyə çağırmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB