...Ukraynanın Xarkov vilayətinin Müdafiə Şurası 47 cəbhəyanı yaşayış məntəqəsində uşaqlı ailələrin məcburi təxliyəsi barədə qərar qəbul edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.
...Söhbət yalnız Xarkov, Boqoduxovski və İzyumski rayonlarında Rusiya Federasiyası ilə sərhədə yaxın yaşayış məntəqələrindən gedir. Bizdə olan məlumata görə, müəyyən yaşayış məntəqələrində 182 uşaq yaşayır.
Bunu Sinequbov bildirib.
Qeyd edək ki, bu qərar Xarkov şəhərinə şamil edilmir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB