Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Malayziyanın baş naziri Ənvər İbrahimlə telefon əlaqəsi saxlayıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Malayziya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan söhbət zamanı İslam dünyasının birgə səyləri ilə İsrail və tərəfdarlarına qarşı təzyiqlərin artdığını, sülh və Fələstinə dəstək səylərinin qətiyyətlə davam etdirilməsi lazım olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan və Ənvər İbrahim həmçinin bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB