Axır ki, günahkar tapıldı: bəndi gəmiricilər “deşibmiş”..?

Axır ki, günahkar tapıldı: bəndi gəmiricilər “deşibmiş”..?

...Orskdakı bəndin gəmiricilər tərəfindən... “yeyilərək” zədələnməsi ehtimalı Tikinti Nazirliyinin rəhbəri İrek Fayzullin arasında çaşqınlıq yaradıb. O, bu versiya ilə razılaşmayıb, həm də bunu gülünc adlandırıb.

...Yaxşı, hansı gəmiricilər, ümumiyyətlə, bu gülməlidir.

Nazir deyib bunu.

SİA-nın əldə etdiyi məlumata görə, Orenburq vilayətindəki daşqın sahələrini yoxlayan nazirin dediklərini RBC xəbər verir.

...Fayzullin qeyd edib ki, torpaq sipər suyun hündürlüyü 6 m-dən çox olmamaq üçün nəzərdə tutulub, lakin su 10 m-dən çox daxil . Bu, elə bil yüksək sürətlə gələn avtomobilin bu torpaq dipli quruluşa dəyməsi kimidir.

Bunu rusiyalı nazir elmi dildə deyib və qarşıdakı bir ay ərzində ekspertizanın aparılacağına da söz verib.

Onun dediyinə görə, bu, bənd deyil, torpaq qaladır və belə bir quruluş 1 milyard rubla başa gələ bilməz.

...Və elə bilirsiniz ki,..yeyinti elə təkcə biz...nə isə...

Qeyd edək ki, o vaxt, yəni 2014-cü ildə istifadəyə veriliən və indi su sızdırıb Orskı su altında qoyan bəndin dəyəri 910 ilə 930 milyon arasında dəyərləndirmişdi.

Yenə də... yəni bu bəndin tikintisinə təqribən 1 milyona yaxın vəsait xərclənmişdi...

...Və indi belə görünür ki, həmən o vəsaitə indi bəndi dağıdan gəmiricilər də şərik şıxmaq istəyib..?

Amma mənə elə gəlir ki, bu gəmiricilər hazlrda yalan danışan rusiyalı məmurlara qarşı “üsyan” eləmək istəyiblər.

...Gərək ki, yadınızda olar, daha əvvəl bəndi tikən şirkətin direktoru Sergey Komarov bəndin uçmasının mümkün səbəblərindən biri kimi gəmiricilərin adını çəkmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə