MDB ölkələrinin birgə antiterror təlimi keçiriləcək

MDB ölkələrinin birgə antiterror təlimi keçiriləcək

MDB ölkələrinin birgə antiterror təlimi bu il ilk dəfə Özbəkistan ərazisində keçiriləcək. SİA xəbər verir ki, bu barədə Moskvada MDB iştirakçısı olan dövlətlərin milli antiterror mərkəzləri rəhbərlərinin (qərargah rəislərinin) 17-ci iclasının yekunlarına dair MDB Antiterror Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

“MDB-yə üzv dövlətlərin builki “Şərq-Antiterror - 2024” təlimi ilk dəfə Özbəkistan Respublikası ərazisində keçiriləcək”, - ATM-in məlumatında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə