Rusiyanın Orenburq şəhəri yaxınlığında Ural çayında suyun səviyyəsi daha 12 santimetr artaraq 1022 santimetrə çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə şəhərin Vahid Növbətçi Dispetçer Xidməti məlumat yayıb. Təhlükəli xətt 930 santimetr sayılır. Hidrometeoroloji Mərkəzin məlumatına görə, Orenburq yaxınlığında Ural çayının səviyyəsi 12 saat ərzində 44 santimetr artıb. Orenburq şəhər başçısı Sergey Salminin teleqram kanalında yazdığına görə, çayın suyu yaxınlıqdakı çoxmənzilli binalara yaxınlaşsa da daşqın təhlükəsi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB