“Hədəf təkcə Kerç körpüsü deyil...”

Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni hücum hədəflərini açıqlayıb...
“Hədəf təkcə Kerç körpüsü deyil...”

...Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum planı Krım körpüsünün dağıdılmasını nəzərdə tutur.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna lideri Almaniyanın “Axel Springer” media qrupuna müsahibəsində ölkəsinin ordusunun yeni hücum zamanı hədəflərini açıqlayıb.

...Onun sözlərinə görə, söhbət təkcə hamının danışdığı Kerç körpüsündən getmir.

Söhbət hərbi hədəf olan infrastruktur obyektlərindən gedir. Söhbət körpülərdən, təyyarələrin qalxdığı hava limanlarından gedir.

Bunu artıq “Kommersant” yazır.

Eyni zamanda, siyasətçi üzərindən silahların çatdırıldığı körpüləri və hava limanlarını “qanuni hədəflər” adlandırıb.

Xatırlatmaq istərdik ki, xüsusi hərbi əməliyyat dövründə Kerç boğazı üzərindən keçən körpü Ukrayna tərəfindən iki dəfə - 8 oktyabr 2022-ci il və 17 iyul 2023-cü il tarixlərində hücuma məruz qalıb.

Bundan əvvəl Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum hazırladığını və ABŞ-dan kömək gözlədiyini açıqlamışdı.

2024-cü ilin yanvarında Zelenski Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildəki əsas məqsədini Krımın təcrid edilməsi adlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə