..Cəmi on il əvvəl ABŞ və Avropanın əksər rəsmiləri Moskva və Pekin arasında “vitrin” yaxınlaşmasının uğursuzluğa məhkum olcağına inanaraq, Çin və Rusiya arasında yaranan tərəfdaşlığın gücünü rədd edirdilər.
Əslində bəlkə də, haradasa haqlıydılar. Çünki bu ölkələr həmişə elə də yaxşı münasibətdə olmayıblar..?
Buna görə də, istər ABŞ, istərsə də Avropanın əksər rəsmiləri Pekinin Vaşinqton və müttəfiqləri ilə əlaqələrini həmişə qiymətləndirəcəyini və Moskvadan uzaqlaşıb Qərbdə əks tarazlıq axtaracağını gözləyirdilər.
...Amma deyəsən, ümidlər doğrulmayır. Belə ki, reallıq göz önündədir. Yəni Çin və Rusiya indi 1950-ci illərdən bəri hər zaman olduğundan daha yaxın münasibətlərdədir.
Qeyd edilməlidir ki, bu yaxınlaşma prosesi hələ 2014-cü ildə başlasa da, lakin Rusiyanın Ukraynada xüsusi əməliyyatı “start” götürdükdən sonra yeni təkan alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Foreign Affairs” nəşri də etiraf edir.
...Səmavi İmperatorluq ilkin olaraq gözləmə mövqeyi tutmağa çalışsa da, mövcud sübutların əksəriyyəti göstərir ki, Ukrayna münaqişəsinin başlamasından keçən iki il ərzində Çin və Rusiya arasında münasibətlər xeyli möhkəmlənib. Ölkələr iqtisadi və ticarət əlaqələrini genişləndirmiş, həmçinin təhlükəsizlik və hərbi əməkdaşlıq sahələrində nəzərəçarpacaq dərəcədə yaxınlaşmışdır.
Onu da qeyd edək ki, münasibətlərin ümumi istiləşməsi Rusiyada ictimai rəy sorğularında, o cümlədən Karnegi Fondu və “Levada Mərkəzi”nin birgə əldə etdiyi son məlumatlarda da özünü göstərir.
2023-cü ilin sonunda rusların 85 faizi Çin haqqında müsbət fikirdə olduğu halda, yalnız 6 faizi ölkə haqqında mənfi fikirdə idi. Sorğuda iştirak edən rusiyalıların yarıdan çoxu uşaqlarının Çin dilini öyrənməsini istədiklərini bildirmişdilər.
...“Foreign Affairs” nəşri bütün bunları Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin şüurlu səyləri ilə bağlayır və bunu həm də Qərblə hər iki ölkə arasında dərinləşən fikir ayrılığının əlavə məhsulu kimi təqdim edir.
Bu baxımdan, Qərb Moskva ilə Pekin arasında “çatışmazlıq yaratmaq üçün boş cəhdlərdən” əl çəkməli və bunun əvəzinə iki nüvə dövləti ilə eyni vaxtda uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır.
Bunu da nəşr yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB