Ermənistanda qaçırılan fərari Rusiyaya qayıtmaq istəyir...

Ermənistanda qaçırılan fərari Rusiyaya qayıtmaq istəyir...

...Ermənistanda hüquq müdafiəçiləri bir gün əvvəl Gümrü şəhərində Rusiya hərbi polisi tərəfindən ordudan fərari kimi saxlanılan Anatoli Şetininlə görüş təmin ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq Müdafiə Mərkəzinin hüquqşünası Narek Akopyan və “Public Verdict” hüquq müdafiə təşkilatının eksperti Hasmik Novikova Şetininlə onun saxlandığı Gümrüdəki 102-ci Rusiya hərbi bazasının ərazisində görüşüblər.

Onların sözlərinə görə, saxlanılan rus “hər şeyi dərk etdiyini”, köməyə ehtiyacı olmadığını və Rusiyaya qayıtmaq istədiyini bildirib.

O, həbsdən sonra ona təzyiq olub-olmadığını açıqlamayıb. Şetininin sözlərinə görə, Rusiyada ona qarşı cinayət işi bağlanıb.

Hüquq müdafiəçilərində bu məlumatı təsdiqləyən yoxdur.

Şetinin bildirib ki, onu evlərinə aparmağa cəhd ediblər, lakin sərhədi keçərkən erməni sərhədçiləri onları geri qaytarıb.

...Qeyd edək ki, erməni sərhədçiləri bunu guya Şetinin Rusiyada axtarışa verilməsi ilə əlaqələndiriblər.

Bundan əlavə, onun ölkədən çıxarılması üçün Ermənistanın ədliyyə nazirinin icazə verməsi lazım olduğu bildirilir.

...Bir gün əvvəl Helsinki Vətəndaş Assambleyası hüquq müdafiə təşkilatının Ermənistan bölməsi Şetininin oğurlanmasının qanunsuz olduğunu elan edərək, Ermənistanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edərək rusiyalının ölkədən çıxarılmasının qarşısının alınmasını, onun azad edilməsini tələb edib.

...Qeyd edək ki, dekabrda Ukraynaya qarşı müharibədə iştirakdan yayınmış keçmiş hərbçi Dmitri Setrakov da Rusiya hərbi polisi tərəfindən Ermənistanda saxlanılıb. Onu da Gümrüdəki Rusiya hərbi bazasının ərazisinə apardıqdan sonra Rusiyaya göndəriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə