Odessaya raket hücumu nəticəsində 4 nəfər həlak olub

Odessaya raket hücumu nəticəsində 4 nəfər həlak olub

Aprelin 10-da axşam saatlarında Rusiya Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib. Nəticədə 4 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

“Rusların axşam saatlarında Odessa vilayətinə raket hücumu nəticəsində biri uşaq - 10 yaşlı qız olmaqla, 4 nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılardan bir nəfərin vəziyyəti ağırdır. Həkimlər mümkün olan hər şeyi edirlər”, - deyə Kiper əlavə edib.

Onun sözlərinə görə, Odessa bölgəsinə “İskəndər-M” ballistik raketləri ilə hücum olunub. Nəticədə Odessa vilayətində nəqliyyat infrastrukturuna və yaxınlıqdakı yük maşınlarına ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə