İndi də Tümen vilayətinin sakinləri köçürülür...

İndi də Tümen vilayətinin sakinləri köçürülür...

Tümen vilayətinin sakinləri evakuasiyaya hazırlaşmağa çağırılıb. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov və qubernator Aleksandr Mur su basmış Yalu-Torovski rayonuna gediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazir rayonda daşqınlara qarşı profilaktik tədbirlərin necə təşkil olunmasına şəxsən nəzarət edəcək.

Verilən məlumatlara görə,12 min xilasedici və üç min texnikadan ibarət qrup yüksək hazırlıq vəziyyətindədir. Hazırda Kurqan bölgəsində Tobol çayında suyun səviyyəsi sürətlə yüksəldiyi deyilir.

Daşqınlar 60 yaşayış məntəqəsini təhlükə altına qoyub. Yolların bəzi hissələrində nəqliyyatın hərəkəti bağlanıb, bəndin möhkəmləndirilməsi üçün işlər görülür.

Hazırda kənd və yaşayış məntəqələrindən 1,5 mindən çox insan təxliyə edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə