...İrəvan Moskva ilə Rusiya telekanallarının Ermənistanda yayımını tənzimləyən kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiyaya mövcud sazişlə bağlı əlavə və dəyişikliklərlə yeni təkliflər paketi təqdim etməyə hazırlaşır.
Lakin Moskvanı sənəddəki dəyişikliklər qane etməsə və qəbul olunmasa, İrəvan qarşı tərəfin fikrini nəzərə almadan Rusiya kanallarından imtina etmək imkanını istisna etmir.
Qeyd edək ki, Rusiya telekanallarının Ermənistanda yayımı mövzusu ötən ilin sentyabrından MŞ-nin plenar iclaslarında onların söndürülməsinin mümkünlüyü müzakirə olunmağa başlayandan qaldırılıb.
Daha sonra Moskva və İrəvan bu məsələ ilə bağlı bir sıra məsləhətləşmələr aparsalar da, ortaq bir qərara gəlməyiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB