Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiyanın Ukrayna ilə həmsərhəd olan bir sıra yaşayış məntəqələri işıqsız qalıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Kursk vilayətinin qubernatoru Roman Starovoyt öz Telegram kanalında bildirib.
Onun sözlərinə görə, çərşənbə günü, aprelin 10-da axşam saatlarında Qluşkovski rayonu atəşə tutulub, nəticədə elektrik xətləri zədələnib.
Qubernator qeyd edib ki, bir neçə yaşayış məntəqəsi enerjisiz qalıb.
Starovoit, Karıj və Dronovka kəndlərində və Urusı kəndində elektrik enerjisinin verilişi artıq bərpa olunduğunu, Tetkino kəndində, Popovo-Lejaçi və Korovyakovka kəndlərində isə mütəxəssislər işini davam etdirdiklərini deyib.
…Bundan əlavə, Tetkino Ukraynaya məxsus kamikadze pilotsuz uçan aparatın hücumuna məruz qalıb.
Nəticədə qaz xidməti avtomobili yanıb.
Starovoit yanğın yerindən fotonu da dərc edib.
Bundan əvvəl “Bild” qəzeti Ukraynanın yeni pilotsuz təyyarələrin köməyi ilə Urala hücum edə biləcəyini yazıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB