Türkiyə ordusu İraqın şimalında daha 5 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına yeni zərbələr endirib.
SİA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aprelin 10-da keçirilən əməliyyat nəticəsində daha beş terrorçu zərərsizləşdirilib.
Nazirliyin açıqlamasında, “Şəhidimizin qanı yerdə qalmadı, qalmayacaq!”, - ifadəsi yer alıb.
Aprelin 9-da terrorçuların İraq ərazisində açdığı atəş nəticəndə ağır yaralanan 26 yaşlı çavuş Hikmet Aslan həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Şəhid bu gün Niğde vilayətində dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB