Şəhəri bombalanması öz yerində, rüşvətalma öz yerində...
...Belqorod vilayətinin mənzil-kommunal təsərrüfatı nazirinin müavini Veronika Novikova korrupsiya işi ilə bağlı saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti mənbəyə istinadən xəbər verir.
Onun sözlərinə görə, məmur xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Lakin məbləğin adı açıqlanmır. Qeyd edək ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə əsasən, xüsusilə böyük rüşvət bir milyon rubl və ya daha çox məbləğdə qeyri-qanuni mükafat hesab olunur.
...Öz növbəsində, Belqorod məhkəməsinin mətbuat xidməti bildirib ki, saxlanılan şəxs barəsində artıq həbs-qətimkan tədbiri seçilib.
Novikova iyunun 3-dək ev dustaqlığına buraxılıb.
O da xatırladılır ki, Novikova 2023-cü ilin yayında korrupsiya ittihamı ilə saxlanılan vitse-qubernator Konstantin Polejayevin yanında mənzil-kommunal təsərrüfatı sektorunda çalışıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB