Kadırovdan məmurlara xeyirxah çağırış...

Kadırovdan məmurlara xeyirxah çağırış...

Çeçenistan rəhbəri Ramzan Kadırov Qurban bayramı münasibətilə respublika sakinlərinə müraciət edib. O, çeçenləri “bir-birinin təhqirini bağışlamağa, başqalarına qarşı mərhəmət göstərməyə” çağırıb və həmçinin yollarda sürət həddinə əməl etməməyin fəsadları barədə xəbərdarlıq edib. ...“Eyni zamanda, bayram əhval-ruhiyyəsi dəliliklə həmsərhəd yollarda sürətli sürməyə çevrilməməlidir” deyən Kadırov Telegram kanalında xəbərdarlıq edərək, “belə işıqlı günlərin tez-tez yol qəzalarının kölgəsində qaldığını” vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əlavə, Çeçenistan rəhbəri bütün müsəlmanları bayram münasibətilə təbrik edib, onlara xeyirxahlıq, sülh və firavanlıq arzulamışdı.

Bundan əvvəl isə o, məmurlara kasıb çeçenlərin borclarını mağazalarda ödəməyi tapşırmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə