ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan Qəzzanın Rəfah şəhəri ilə bağlı alternativ planları İsrail tərəfinə təqdim etdiklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Ceyk Sullivan deyib: “ABŞ 1,3 milyon insanın sığındığı Rəfahın qurudan işğalının doğru addım olduğuna inanmır. Bunun doğru yol olduğunu hesab etmirik''.
Ceyk Sullivan ABŞ administrasiyasının ötən həftə onlayn qaydada keçirilən ABŞ-İsrail görüşlərində Rifahla bağlı yanaşmasını İsrail tərəfinə çatdırdığını və alternativ planlar təqdim etdiyini söylədi.
Ceyk Sullivan deyib: "ABŞ 1,3 milyon insanın sığındığı Rəfahın qurudan işğalının doğru addım olduğuna inanmır. Rəfahda ''Həmas''ı sıxışdırmanın daha doğru yolları var. Biz bu alternativ yolları ötən həftə israilli tərəfmüqabillrimizə çatdırdıq”.
İsrail nümayəndə heyətinin Vaşinqtona səfər edib Rəfahla bağlı danışıqlar aparmasını gözlədiklərini ifadə edən Ceyk Sullivan bu danışıqların konkret nəticələr verəcəyinə inandıqlarını ifadə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB