Son bir ildə Rusiyada yeniyetmələr tərəfindən törədilən ağır cinayətlərin sayı şəkildə kəskin artıb.
SİA xəbər verir ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ölkədə bu rəqəmin 31 faiz artdığını etiraf edib.
O, bir sıra hadisələrin qrup xarakterli olduğunu vurğulayıb. Belə cinayətlərin sayı 41 faizə çatıb.
Eyni zamanda, cinayətlər qurbanlara qarşı qəddarlıq və sinizmlə xarakterizə olunur.
Bastrıkin əlavə etdi ki, bu cür hərəkətlər nümayişkaranədir - hər şey geniş baxış üçün İnternetdə yerləşdirilir.
İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, yeniyetmələr arasında cinayətlərin artması ilə əlaqədar hüquq-mühafizə orqanları işini gücləndirməli, profilaktik tədbirlər həyata keçirməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB