Murmanskdan Saratova muzey yandırmağa gəlibmiş..?

Murmanskdan Saratova muzey yandırmağa gəlibmiş..?

Murmansk tibb kollecinin laborantı Saratovda “Xüsusi Hərbi Əməliyyatlar Tarixi Muzeyi”ndə yanğın törətməkdə şübhəli bilinərək saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Astra” nəşri yazır.

Deməli, 35 yaşlı Anastasiya Suşçevskayaya qarşı terror aktı ilə bağlı iş açılıb.

Qeyd edək ki, Apatitidə (Rusiyanın Murmansk vilayətində şəhər-A.B.) yerləşən kollecin laborantının Saratovda nə işlə məşğul olduğu barədə məlumat verilmir.

Beləliklə, ötən gecə, aprelin 9-da muzeyin pəncərəsi sındırılıb və otağa “Molotov kokteyli” atılıb.

“Astra” yazır ki, yanğın baş versə də, amma mühafizəçi onu söndürə bilib.

“Baza”nın məlumatına görə, yanğın yalnız pəncərə və pərdələrə ziyan vurub. Hadisə yerində polis beş litrlik kanistr və içərisində naməlum maye olan üç butulka tapıb.

Qeyd edək ki, bu muzey ötən ilin dekabrında da yandırılmışdı.

Həmən vaxt Samara vilayətinin 21 yaşlı sakini Maksim Kim saxlanılmışdı.

Yenə də “Astra”-nın məlumatına görə, təqsirləndirilən şəxs Tolyattidəki müəssisələrin birində mexanik işləyir. Kim fırıldaqçıların qurbanı olduğunu və binada muzeyin olduğunu bilmədiyini iddia etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə