Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Rusiyadakı müsəlman təşkilatları Rusiyanın birliyini gücləndirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edərkən deyib, mesaj Kremlin saytında dərc olunub.

Putin əlavə edib ki, müsəlmanlar vətənpərvərlik, maarifləndirmə və xeyriyyəçilik təşəbbüslərinin həyata keçirilməsində iştirak edirlər.

Onlar həmçinin xalqın birliyinin möhkəmləndirilməsinə və millətlərarası harmoniyanın qorunmasına böyük töhfə verirlər.

Xatırladaq ki, Qurban bayramı Ramazan ayının orucluq dövrünün başa çatması deməkdir. Bu il aprelin 10-da qeyd olunur - müsəlman əhalisinin böyük bir hissəsinin yaşadığı bir sıra bölgələrdə, o cümlədən Başqırdıstan, Tatarıstan, Adıgey, Çeçenistan, Kabardin-Balkariya bu günü istirahət günü elan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə