Rusiyanın su altında qalmasının günahkarı bəlli olub, bu...

Burada "keçi can hayında qəssab piy axtarır" deyimi nə yerinə düşür

...Deməli, axır ki, ruslar “qazıb-qazıb” Orskın su altında qalmasının əsil günahkarını tapdılar.

Sən demə, bu Qazaxıstanmış..?

Bəli, təəccüblənməyin, əl altından iş görüb, saman altına, yox ey, Orskın altına su yeridən qazaxlarmış.

Sonra da deyirlər ki, bu əyyaş rus generalı Andrey Qurulyov Qazaxıstanla bağlı guya nəsə “artıq-əskik” danışır, amma...

Deyəsən, çox uzandı axı...

...Hə, yenə deməli, o gün Rusiya prezidentinin Ural Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Vladimir Yakuşev bildirib ki, Rusiyanın Kurqan və Tümen vilayətlərində daşqınların qarşısını almaq üçün Qazaxıstan öz su anbarı sistemində suyu “daha ​​koordinasiyalı şəkildə” buraxmalı imiş, yenə də amma..?

...Bizdə belə qışlar olanda, yəni çox qar yağanda və anbarda kifayət qədər böyük su ehtiyatı yığılanda, o zaman biz Qazaxıstandan bu məsələdə suyun su anbarlarından axıdılmasını koordinasiyalı, düzgün və bərabər olması üçün bir şey etməsini...istəyirik(?).

SİA-nın əldə etdiyi məlumata görə, Yakuşev bunu RBC telekanalında bildirib.

Və onun dediyinə görə, gələcəkdə Qazaxıstanda aparacaqları tənzimlənmə ilə bir neçə rayonda daşqın probleminin qarşısını ala biləcəklər.

Yeri gəlmişkən, bu gün Kurqanda insanlar “böyük suya” hazırlaşırlar.

...İlkin hesablamalara görə, bu, tarixi maksimumdur. Ona görə də bəndin hündürlüyünün kifayət etməyəcəyini düşünməyə əsas olan ərazilər əlavə olaraq doldurulur.

Maraqlıdır ki, bunu deyən Yakuşev görülən tədbirlərin fəlakətin öhdəsindən 100 faiz gələ biləcəyinə də zəmanət verməyib.

Qeyd edək ki, Kurqan vilayətində fövqəladə vəziyyətlə məşğul olandan sonra xilasedicilər daşqınların gözlənildiyi başqa bir bölgəyə - Tümen vilayətinə göndəriləcəklər.

Yadıma düşmüşkən deyim, martın ortalarından Qazaxıstanda da daşqınlar əhalinin məskunlaşdığı əraziləri basmağa başlayıb. Artıq ölkənin on rayonunda yerli fövqəladə vəziyyət elan edilib. Respublika Prezidenti Kasım-Jomart Tokayev bunları son 80 ilin ən böyük təbii fəlakəti adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə