Kral Çarlz portretinin əks olunduğu yeni əskinaslarla tanış olub

Kral Çarlz portretinin əks olunduğu yeni əskinaslarla tanış olub

İngiltərə Bankının rəhbəri Endryu Beyli Bukinqem sarayında Britaniya Kralı III Çarlza portretinin əks olunduğu yeni əskinasları təqdim edib.

SİA xəbər verir ki, Kral 5,10, 20 və 50 funtluq əskinasların dizaynının çox zərif göründüyünü deyib.

Qeyd edək ki, yeni əskinaslar bu ilin iyun ayında dövriyyəyə buraxılacaq.

Kraliça II Yelizaveta İngiltərə Bankının bütün əskinaslarında portreti olan ilk monarx olub. Kral Çarlz isə əskinaslarda portreti əks olunan ikinci Böyük Britaniya monarxıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə