Dövlət Dumasının Müdafiə Komitəsinin müavini və rəhbəri Andrey Kartapolov RTVI telekanalına verdiyi şərhdə səfərbərliyin “keçilmiş mərhələ” olduğunu bildirib. Parlamentarinin sözlərinə görə, döyüş bölgəsində tapşırıqları Rusiya Silahlı Qüvvələrinin əsgərləri yerinə yetirir.
...May ayında heç bir halda səfərbərlik olmayacaq. Silahlı qüvvələrin cəlb edilməsi ilə bağlı mövcud sistemimiz xüsusi hərbi əməliyyatın tərkib hissəsi kimi qarşımızda duran bütün vəzifələrin yerinə yetirilməsini təmin edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kartapolov bildirib.
Bununla yanaşı, deputat Rusiya Federasiyasının NATO ilə müharibəyə başlamayacağını da vurğulayıb. Ölkə rəhbərliyinin belə planları yoxdur.
Eyni zamanda, Kartapolov əmindir ki, Rusiya “Silahlı Qüvvələrin nizami gücü ilə Ukrayna ərazisində hər şeyi edəcək”.
Bundan əvvəl prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin Rusiyada yeni səfərbərlik barədə dediklərini “həqiqətə uyğun olmayan” adlandırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB