Bu vəsaitə Ukrayna üçün silah alınsın...

Avropa Komissiyası Rusiya Federasiyasının dondurulmuş aktivlərinin 90 faizini Ukrayna üçün silah üçün istifadə etməyi təklif edir
Bu vəsaitə Ukrayna üçün silah alınsın...

...Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin 90 faizinin Ukraynaya hərbi yardım üçün istifadə etməyi təklif edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskisin bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının bütün dünyada 300 milyard avroya qədər aktivləri dondurulub. Bunun təxminən 207 milyard avrosu Avropa İttifaqı ölkələrinin payına düşür.

...Biz onu da bilirik ki, o, Milli Sərvət Fondunun likvid ehtiyatlarının yarısından istifadə edib. Bununla belə, qalan ehtiyat məbləğləri Qərbin sanksiyalarına baxmayaraq, Kremlə müharibəni davam etdirməyə kömək edir.

Bunu deyən Dombrovskis əlavə edib ki, bununla əlaqədar Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş bu aktivlərindən təcili olaraq Ukraynaya dəstək üçün istifadə etməlidir.

Bu vəsaitin 90 faizi hərbi dəstəyin maliyyələşdirilməsinə, qalan hissəsi isə Ukraynanın bərpasına və yenidən qurulmasına yönəldiləcək(?).

Ümid edirik ki, üzv ölkələr tezliklə bu təklifi qəbul edəcəklər, çünki Ukraynanın bu pula indi ehtiyacı var.

Bunu, dediyimiz kimi, Avropa Komissiyasının vitse-prezidenti vurğulayıb.

Onun sözlərinə görə, G7 ölkələri də Rusiya aktivlərinin istifadəsi ilə bağlı müzakirələri davam etdirir. Artıq qərara alınıb ki, Rusiya Federasiyası Ukraynaya təzminat ödəyənə qədər aktivlər dondurulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə