Vatikan Papa Fransisk tərəfindən təsdiqlənən, cinsiyyətin dəyişdirilməsi, surroqat analıq və abortları pisləyən yeni sənəd dərc edib. Katolik Kilsəsi bildirib ki, bütün bunlar insan ləyaqətinin pozulmasıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The New York Times” yazır.
Doğulanda insana təyin edilən cins Tanrının “qaçılmaz hədiyyəsidir” və “cinsi dəyişdirmək üçün edilən hər hansı müdaxilə, konsepsiya anında insanın aldığı unikal ləyaqətə xələl gətirir”. “Şəxsi öz müqəddəratını təyinetmə” arzusunda olan insanlar “özünü Allah etmək üçün əbədi vəsvəsə”yə tab gətirmək riski daşıyırlar.
Vatikan vurğuladı.
Sənəddə qeyd olunur ki, cinsiyyətin dəyişdirilməsi fərdiliyi təbiətdən üstün tutur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB