Yəməndə husiləri daşıyan gəmilərdən ələ keçirilən silah və sursatlar Ukraynaya təhvil verilib. Bu barədə sosial şəbəkədə ABŞ Silahlı Qüvvələrinin X Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, 2023-cü il dekabrın 15-də yəmənli husilər Qırmızı dəniz sularında Danimarkadan gələn konteyner gəmisinə hücum etmişdilər. Buna cavab olaraq ABŞ səlahiyyətliləri regionda kommersiya gəmilərini qorumaq üçün beynəlxalq əməliyyat yaradıldığını elan edib. Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya hərbçiləri Yəmənin şimalında husilərin mövqelərinə hava zərbələri endirib.
Əməliyyat çərçivəsində müttəfiqlər gəmiləri də yoxlayır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB