Maraqlıdır, bu dolları, o da qızılı deyir, görən, aldatmırlar..?

Evdə dollar saxlayanları nə gözləyir, bəs qızıl..?
Maraqlıdır, bu dolları, o da qızılı deyir, görən, aldatmırlar..?

Dollar çox tez alıcılıq qabiliyyətini itirə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, DEITA.RU “Aurora” YouTube kanalına istinadən xəbər verir

ki, bu barədə məşhur rusiyalı iqtisadçı Valentin Katasonov danışıb.

Deməli, onun sözlərinə görə, dünyanın əsas ehtiyat valyutasının unikal statusunu itirməsinin bir neçə səbəbi var. Onlardan biri ABŞ hökumətinin 2020 və 2021-ci illərdə həyata keçirdiyi çox böyük həcmdə emissiyalardır.

Və bu dövrdə o qədər pul çap olunub ki, onun artıq kütləsi ölkədə hiperinflyasiyaya səbəb ola bilər.

Əgər bu baş verərsə, o zaman ekspertin izah etdiyi kimi, dollar çox sürətlə ucuzlaşmağa başlayacaq və onun üçün getdikcə daha az mal almaq mümkün olacaq.

Rusiyalıya görə, evdə valyuta saxlayan insanlar daha çox əziyyət çəkə bilərlər. Çünki dolları rubla dəyişməyə qərar verdikləri an onun məzənnəsi ən az cəlbedici olacaq.

İnflyasiyanın “yanmasının” qarşısını almaq üçün dollar əmanət, mütəxəssisin tövsiyə etdiyi kimi, ən yaxşısı onları ən qısa zamanda real aktivlərə çevirməkdir.

Yeri gəlmişkəın, bir müddət bundan əvvəl məşhur rusiyalı iqtisadçı Mixail Xazin qızılın hansı qiymətə satılmalı olduğunu açıqlamışdı.

…Maraqlıdır, bu dolları, o da qızılı deyir, görən, aldatmırlar..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə